15 May 2024

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsi təşkil edilib

Aprelin 26-da Azərbaycan Ağsaqqallar Şurası Bərdə rayon şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsi təşkil edilib

ATVFM.LİVE-in xəbərinə görə, inşa yazı müsabiqəsinin yekun turu  Elgiz Kərimov adına Bərdə şəhər tam orta məktəbdə keçirilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini , Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Rzaqulu Şərifov bildirib ki, inşa yazı müsabiqəsinin mövzusu ” Heydər Əliyev məktəblilərin gözü ilə” adlanır. Müsabiqənin yarımfinalından keçən 42 nəfər məktəbli yekun turunda iştirak edir. Yekunda qaliblər I,II, III yerlər üzrə mükafatlandırılacaqlar.

Yazı müsabiqə münsiflər heyətinin sədri kimi təşkilatçılardan olan Rzaqulu Şərifov Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Bərdə rayon Ağsaqqallar Şurasında nəzərdə tutulan tədbirlərinin davamlı olacağını bildirib. Qeyd edib ki, 10 may ərəfəsində kitab bayramı keçirələcək. Kitab bayramında 2000 məktəbliyə kitab hədiyyə etmək nəzərdə tutulub.

İctimai Şura sədri Rzaqulu Şərifov habelə vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində 35 azyaşlı  qazi, şəhid ailə üzvləri üçün sünnət toyu təşkil ediləcək.

Onu da qeyd edək ki, inşa yazı müsabiqəsinin açılışında Bərdə rayon İcra Hakimiyyətinin yanında İctimai Şura üzvləri də iştirak ediblər.