27 İyul 2024

Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib

27 aprel 2024-cü il tarixdə Ağstafa rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının  və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada  YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağstafa şəhərinin ərazisində keçirilən aksiya zamanı 45 nəfərin iştirakı ilə 120-dən çox müxtəlif növ ağac və gül kolları əkilib. Yeni əkilən ağaclar və gül kolları suvarılıb, onlara aqrotexniki qaydada qulluq göstərilib.