27 İyul 2024

ŞƏHİD ELŞAD HƏSƏNOVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

Bu gün aprelin 11-də Laçın rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatının qarşısını alarkən xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Həsənov Elşad Qabil oğlunun doğum günü münasibətilə Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Ərazi Partiya Təşkilatının fəalları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin şəhidimizlə eyni məzarlıqda uyuyan şəhidlərimizin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

#ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun