27 İyul 2024

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edibFOTOVİDEOYENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edib. (Report)

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxış edir.

Azərbaycan lideri “XV Petersberq İqlim Dialoqu”nun ikinci gününə Almaniya Kansleri Olaf Şolts ilə birgə qatılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edir.

Əvvəlcə ailə fotosu çəkdirilib.

***

“15-ci Petersberq İqlim Dialoqu”nun ikinci günü başlayır.

Prezident İlham Əliyev aprelin 26-da keçiriləcək “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun tədbirdə çıxışı gözlənilir.

Xatırladaq ki, Azərbaycan lideri Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 25-də Almaniyaya işgüzar səfər edib. İlham Əliyevin səfər çərçivəsində Almaniya Prezidenti Frank Valter-Ştaynmayer, Kansler Olaf Şolts və xarici işlər naziri Annalena Berbok ilə görüşü gözlənilir./Report.az/

https://t.me/TVmusavat/84062?embed=1