27 İyul 2024

Şuşanın dirçəldilməsi geniş vüsət alıb

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 19 illik Prezidentlik fəaliyyəti dövründə planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyaraq Zəfər Qələbəsi qazandı. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyini, əzəmətini, qürurunu yaşadıq. Zəfərəmizin rəmzi olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi.

Cari ilin May ayının 10-da Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. İlham Əliyev çıxışında qeyd etdiyi kimi Ali Baş Komandanın yürütdüyü uğurlu siyasətin nəticəsində azad olunmuş torpaqların sakinləri öz doğma torpaqlarına qayıtdı.

Çıxış zamanı: ” Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə – bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı.” – deyə qeyd edərək Azərbaycan əsgərinin qüdrətini bir daha bütün dünyaya göstərdi. Görüşün davamında Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərə mənzillərinin açarlarını təqdim etdilər.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı