27 İyul 2024

Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri və keçirilən görüşlər məhz Azərbaycanın geosiyasi sistemin əsas söz sahiblərindən olduğunun göstəricisi sayıla bilər. Hər iki dövlətin yüksək səviyyəli rəsmi şəxslərinin səmimi münasibəti onların mətbuata verdikləri ümumi bəyanatda da öz əksini tapıb.

Dövlətlərarası münasibətlərin tarixində xüsusi rol oynayan bu səfər strateji əməkdaşlığa da öz töhfəsini verməkdədir.  Hər iki dövlət arasında imzalanan vacib sənədlər sıx əlaqələrin formalaşdırılmasına istinad olmaqla bərabər yaxın gələcəkdə əməkdaşlıq perspektivlərinin konturlarının cızılmasına şərait yaradıb.  Hal-hazırda siyasi-iqtisadi əlaqələr artan templə inkişaf edir. Hərbi sahədə, xüsusən müdafiə sənayesi sahəsinə dair imzalanan sənədlər birgə istehsalın həyata keçirilməsi üçün mühüm addımdır.

Yaxın illərdə görülən işlərin ümumi nəticəsi olaraq Ümumavropa məkanına 20 milyard kubmetr qazın nəqli gözlənilir. Son illərə qədər isə Mavi yanacağın istehsal gücü 87 milyard kubmetrdən 12 milyard kubmetrə qədər artırılıb. Qısa müddətdə atılan addımların müsbət nəticəsini mühüm göstərici saymaq olar. Təbii yataqlardan əldə edilən yanacaq istismarı ilə yanaşı, Azərbaycanın zəngin təbii enerji potensialı da mövcuddur.

Emilya Abdullayeva

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı