27 İyul 2024

YAP-ın Ağstafa DAİM və Baytarlıq idarə təşkilatlarında Ümummilli lider Heydər Əliyevin 101 – ci ildönümü qeyd olunub

Ağstafada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir

03 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Ağstafa DAİM” və “Baytarlıq idarəsi” Ərazi Partiya Təşkilatlarında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Baytarlıq idarəsi” Ərazi Partiya Təşkilatının sədri Şəfayət Bağırov bildirib ki, Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dahi lideri olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıtdıran, həm də gələcəyə doğru inamla aparan şəxsiyyət idi.

Daha sonra çıxış edən natiqlər – “Baytarlıq idarəsi” Ərazi Partiya Təşkilatının fəal üzvü Raqif Qurbanov və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev geniş çıxış edərək qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla irəli aparır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad olunmuş, Zəfər salnaməsi tarixdə layiqli yerini almışdır. Azərbaycan xalqı birmənalı olaraq inanır ki, müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcəyimizi daim işıqlandıracaq.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.