27 İyul 2024

Keşiş Baqrat ELAN ETDİ: Mayın 13-də saat 8:00-dan…

“Mayın 13-də saat 8:00-dan etibarən etiraz hərəkatı İrəvanda və bütün Ermənistanda total itaətsizlik aksiyalarına başlayır”.

Musavat.com “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu arxiyepiskop Baqrat Qalstanyan bildirib.

Qeyd edək ki, hazırda Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə növbəti etiraz aksiyası keçirilir. Etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər.