27 İyul 2024

Ağstafada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsisilə tədbirlər davam edir

02 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Düzqışlaq kənd”, “Qarahəsənli kənd” və “Xılxına kənd” Ərazi Partiya Təşkilatlarının iştirakı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Düzqışlaq kənd” Ərazi Partiya Təşkilatının fəal üzvü Məhəmməd Bayramov bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı.

Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev, Düzqışlaq kənd tam orta məktəbin müəllimi Alı Mehdiyev və “Düzqışlaq kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Akif Kazımov geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, Ulu Öndər hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirmişdi. Ulu öndər Heydər Əliyevin təkcə sovet hakimiyyəti illərindəki fəaliyyəti böyük dövlət idarəçiliyi akademiyasıdır. Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Bilidirilib ki, ölkəmiz Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu Öndər Heydər Əliyev irsi davamlı inkişafın təminatıdır. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.