04 Oktyabr 2024

Qərbi Azərbaycana qayıdış bütöv Azərbaycanın bərpasına gedən yol deməkdir…

Dərələyəz – heç vaxt görmədiyim lakin hər an həsrəti ilə yaşadığım “dədə-baba” yurdum.

Buz bulaqları, yamyaşıl çölləri,isti ocağı, doğma insanlarını sanki tanıyıram. Burada hamı mənə doğmadır , özümü yad hiss etmirəm.

Yuxularımda belə görmədiyim yerləri görürəm.Hər bir insanın özünə aid yeri olur.Mən də bura aidəm.Özümü burada tamam, bütöv hiss edirəm.Çünki bura mənim yurdumdur.

Həqiqətən yurd yeri tamam başqadır.Bəzən özüm -özümü danlayıram. “Niyə axı vaxtında baba-nənələrimizdən bu yurd haqqında daha ətraflı məlumat toplamamışıam.
Çox təəssüf edirəm..

Ama şükürlər olsun ki, mənim kimi yurdunu sevənlər, onun haqqında məlumatlar toplayanlar az deyil.Onlar əllərindən gələni edirlər.Bunun nəticəsini biz artıq görməyə başlayırıq.Yüz illərdir düşmən tapdağında olan torpaqlarımız artıq hissə- hissə bərpa olmağa başlayır.Mən çox inanıram yurdumuzda qayıdacağımıza.

Bayatılarda, nağıllarda, xatirələrdə qalan Dərələyəzimiz yenidən öz doğmalarına qovuşacaq.
Mən hesab edirəm ki, insan üçün ən ağır itki yurd itkisidir.Bundan betəri yoxdur.

Yurdumuza qovuşmaq üçün atılan hər bir addımda yurddaşlarımızın yanında olmaq qürurvericidir.
Qərbi Azərbaycan haqqında yazılar, araşdırmalar, tarixi faktlara əsaslanan sənədlər bu gün artıq öz bəhrəsini verir . Bu işdə hər bir azərbaycanlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmalıdır.Vaxtilə Dərələyəzdən pərən-pərən düşmüş yurddaşlarımızı axtarıb tapmaq, onlarla görüşlər keçirib məlumat toplamaq çox çətin və məsuliyyətli işdir.

Bu işdə ən ço zəhmət çəkən insanlardan biri də məhs Səməd Vəkilovdur.

Onun “Qərbi Azərbaycandan deportasiya- İmirlidə məskunlaşma” kitabına bu faktlara rast gəlmək mümkündür.

Bu çətin və məsuliyyətli işdə Səməd Vəkilova uğurlar arzulayıram.

Lətafət Məmmədova
Dərələyəz Çivə icmasının üzvü