27 İyul 2024

Slovakiya-Azərbaycan əlaqələri yüksək səviyyədədir

Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib.

Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Sonra “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

 Azərbaycan-Slovakiya münasibətləri hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir. Azərbaycan Slovakiya münasibətlərinin inkişafı hər iki ölkə üçün əhəmiyyətlidir. 

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonla görüş zamanı cənab Prezidentin də söylədiyi kimi, əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlardakı görülən işlərlə bağlıdır. Belə ki, Slovakiya şirkətləri işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında fəaliyyətlərini göstərəcklər. Slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər hər birimizi, eləcə də o ərazilərə qayıdacaq olan insanlarımızı sevindirəcək. Düşünürəm ki, Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri, bundan sonra ikitərəfli münasibətlərimizin inkişafında böyük rol oynayacaq.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini