11 Oktyabr 2024

Regionlarda qadınların məşğulluq imkanları yüksəldiləcək

“Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda qadınların məşğulluq imkanlarının yüksəldilməsi” adlı maarifləndirici, sosial fəaliyyətli layihənin icrasına başlayıb.

3 ay müddətində Neftçala, Salyan, Biləsuvar, İmişli və Saatlı rayonlarında həyata keçiriləcək layihənin əsas ideyasını bu regionlarda qadınlarının məşğulluq, karyera inkişafı, iş axtarmaq yolları və metodları, müasir işçiyə tələb olunan kriteriyalar, regionun infrastrukturuna uyğun yeni peşələrə yiyələnməsi üçün bilik və bacarıqlarının artırılması, bölgə qadınlarının məşğulluq sahəsində səciyyəvi problemlərinin həlli istiqamətində peşəkar dəstək addımlarının atılması təşkil edir.

Layihə ilk olaraq bu 5 regionda qadınlar arasında  məşğulluq, karyera və işaxtarmaq imkanlarına dair sorğuların keçirilməsi və obyektiv hesabatın hazırlanmasını, məşğulluq, karyera planlamasına aid təlimlərin aparılmasını, bölgə qadınlarının modern şərtlərə cavab verə biləcək kadr kimi formalaşmasına yardımçı ola biləcək davamlı maarifləndirici və sosial fəaliyyətlərdən bəhs edir.

Layihə eyni zamanda 5 rayonda qadınların effektiv karyera qurmaq yolunda iş musahibələrinə hazırlıq, CV, maraq məktubu tərtib etmək, idarəetmə, marketinq, komanda işi, şəxsiyətlərarası əlaqələr, emfatik, işgüzar əlaqələr, iş mühiti formalaşdırmaq, kollektivdaxili ünsiyyət, kreativlik, təşəbbüskarlıq, sosial sahibkarlıq, özünütəqdim üçün əsas xüsusiyyətlər və digər aktual sahələrdə təcrübələrinin yüksəldilməsi və vərdişlərinin formalaşması üçün konsaltinqlərin keçirilməsini nəzərdə tutur.

Layihə davamlılıq olaraq 5 rayonunda gələcəkdə də qadınların məşğulluğu və karyera inkişafına dəstək olacaq təlim, seminar və konsaltinq xidməti üzrə fundamental bazanın və requlyar təcrübə-informasiya mübadiləsini nəzərdə tutan Əməkdaşlıq Şəbəkəsinin formalaşmasını da hədəfləyir.

Layihə gələcək nəticəyönümlü addımlar üçün region qadınlarının məşğulluq və karyera inkişafının yüksəldilməsinə dair təklif, tövsiyyə və dayanıqlı fəaliyyət üsullarının hazırlanmasını da nəzərdə tutur.

    SQPR İctimai Birliyi ictimai əlaqələr

          və informasiya departamenti