27 İyul 2024

Ağstafanın Eynallı və Köçəsgər kəndlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbirlər keçirilib

02 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Eynallı kənd” və “Köçəsgər kənd” Ərazi Partiya Təşkilatlarının iştirakı ilə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndərin mənalı ömür yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı misilisiz tarixi xidmətlərindən bəhs edən kitab sərgisinə baxılıb.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildirib ki, Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq.

Daha sonra çıxış edən natiqlər – “Köçəsgər kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Saqif Babayev,  “Eynallı kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Güldərya Kərimova və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Əfqan Qasımov geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi yazdı. Dövlət başçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi qüdrətli, zəngin, qalib Azərbaycandır. Üçrəngli bayrağımız işğaldan azad edilən bütün torpaqlarmızda dalğalanır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.