27 İyul 2024

Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı daha bir tədbir Ağstafa Peşə Məktəbində keçirilib

Ağstafada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir

03 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Peşə məktəbi” Ərazi Partiya Təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Peşə məktəbinin direktor əvəzi Günay Qəribova  bildirib ki, Ulu Öndərin Azərbaycan dövləti qarşısındakı tarixi xidmətlərini mahiyyətinə görə iki qrupa ayırmaq mümkündür: Quruculuq və xilaskarlıq. Hər iki missiyanın öhdəsindən ləyaqət və şərəflə gələn Ulu Öndər Heydər Əliyev dönməz əqidəsi ilə müasir Azərbaycanın şanlı tarixini yaradıb. Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq.

Daha sonra çıxış edən natiqlər – “Peşə məktəbi” Ərazi Partiya Təşkilatının sədr müavini Aynur Osmanova,  YAP Ağstafa rayon təşkilatının əməkdaşları Aytən Məmmədli və Əfqan Qasımov,  Peşə məktəbinin müəllimi Pərvanə Həsənova və “Peşə məktəbi” Ərazi Partiya Təşkilatının fəal üzvü Gülnar Bayramova geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı bundan sonra da bu böyük məktəbdən, Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edəcək. Yəni qürurla deyə bilərik ki, Heydər Əliyev irsi gələcək nəsillər üçün də zəngin xəzinə olacaq.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.