27 İyul 2024

Bərdə Tələbə Hazırlıq Kursunda dərsliklər müəllifi Orxan Bəyovla görüş keçirilib

Media1.az-ın xəbərinə görə , Bərdə Tələbə Hazırlıq Kursunda dərsliklər müəllifi Orxan Bəyovla keçirilən görüş maraqla qarşılanıb. Şagirdlərlə motivasiya suallarının aparılması interaktiv mühitin yaranmasına şərait yaradıb. Sualları cavablandıran şagirdlər kitablarla mükafatlandırılıblar.

Tədbiri Bərdə Tələbə Hazırlıq Kursunun rəhbəri Namiq Məmmədov açaraq əldə edilən nailiyyətlərdən danışıb. Vurğulayıb ki, kursun uğurlarında ” İZƏ” nəşriyyatı və onun rəhbəri Orxan Bəyovunda xidmətləri var. Bütün bunlara görə Namiq Məmmədov Orxan Bəyova təşəkkürünü bildirib.

Sonra Mustafaağalı Hazırlıq Kursunun rəhbəri Rafael Məmmədov çıxış edib. Əldə edilən nailiyyətlərə görə Orxan Bəyova minnətdarlıq edib.

Dərsliklər müəllifi Orxan Bəyov şagirdlərlə sual cavab diskusiyası aparmaqla fəal iştirakçılara kitablar hədiyyə edib.

Sonda fəal şagirdlər təltifnamə və medallarla mükafatlandırılıblar. ” Tədbirdə iştirak edən müəllimlərə təşəkkürnamələr təqdim edilib.