27 İyul 2024

Ağstafa təhsil işçiləri Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilmiş tədbir keçiriblər.

Ağstafada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir

03 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Ağstafa şəhər Təhsil İşçiləri” Ərazi Partiya Təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildirib ki, bu gün Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin xatirəsini bir daha ehtiramla yad edir. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ömrünün hər ayı, hər günü bir dastandır.

Daha sonra çıxış edən natiqlər – Ağstafa şəhər 3 №-li tam orta məktəbin direktor müavini Şəfəq Heydərli, Düzqışlaq kənd tam orta məktəbin müəllimi Alı Mehdiyev, Yaradullu kənd ümumi orta məktəbin müəllimi Şəfəq Cəlilova və Tatlı kənd tam orta məktəbin direktor müavini Aqşin Quliyev geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb. Ulu Öndər müdrik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də xalqımız Ümummilli Lideri müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.