11 Oktyabr 2024

Azərbaycan – Rusiya münasibətləri faydalı əməkdaşlığa əsaslanır

Qələbələr, xoş xəbərlər bizə yaraşır. Xalqımız sevinci, sevincli illəri, sevincli günləri ardıcıl qarşılayır. Allah xalqımızı, Ali Rəhbərimizi, Ali Baş Komandanımızı qorusun. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ilin aprelin 22-də Rusiya Federasiyasına növbəti dəfə işgüzar səfəri də seindiricidir, çox qürurvericidir. Həmin görüş də tarixi məqam daşıyır. Ona görə tarixi məqam daşıyır ki, Azərbaycan və Rusiya dövlətləri arasında əlaqələrin dərinləşməsinə maneçilik etmək istəyən qüvvələr demək olar ki yoxdur və bu, tamamilə aradan götürülüb.

Dövlətlərarası münasibətlər həm də rəsmi səfərlərlə genişlənir. Belə səfərlərdən biri də aprelin 22-də Moskva şəhərində Baykal-Amur magistralının 50 illiyinə həsr olunmuş tədbir oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəmir yolu sahəsinin veteranları, işçiləri ilə keçirilən maraqlı görüşdə çıxışında Rusiya rəhbərliyinin böyük tarixi şəxsiyyət Heydər Əliyevə ehtiramına görə minnətdarlığını bildirdi, tarixin müxtəlif məqamlarının ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırdığını, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verdiyini, fəaliyyətin 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında davam etdiyini dedi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirmişdir ki,“Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir”. Baykal-Amur magistralının 50 illiyinə həsr olunmuş tarixi yığıncaq bəzi məqamlara da aydınlıq gətirdi. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir.

Dövlət başçısı İlham Əliyevin aprelin 22-də Rusiya Federasiyasına işgüzar səfəri, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdəki çıxışında səsləndirilən fikirlər iki ölkə arasında olan əməkdaşlığa əyani sübut idi. Vladimir Putin BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi şəxsən təbrik etməsi, Ümummilli Lider Heydər Əliyevin BAM-ın tarixində müstəsna, böyük rol oynamasını qeyd etməsi görüş zamanı səsləndirilən ən vacib fikirlərdən idi. Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev cari ilin aprel ayının 22-də Rusiyaya işgüzar səfər etmişdir. Bu səfər Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqı qarşısında deyil, həm də bütün keçmiş SSRİ xalqları qarşısında olan tarixi xidmətlərinin bir daha işıqlandırılmasına səbəb oldu.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı