19 May 2024

Prezidentdən Xankəndi ilə bağlı MÜHÜM SƏRƏNCAM

Xankəndi Şəhər Prokurorluğu yaradılıb.

Media1.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabinetinə Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.