19 May 2024

Ərdoğan Rusiya və Ukraynaya ÇAĞIRIŞ ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmağının zəruri olduğunu deyib.

O, bu barədə Braziliya Prezidenti Luiz İnakio Lula da Silva ( Luiz İnacio Lula da Silva) ilə telefon danışığında bildirib.

R.T.Ərdoğan Ankaranın Rusiya ilə Ukrayna arasında davam edən müharibəni yaxından izlədiyini diqqətə çatdırıb.

O, Moskva və Kiyevi danışıqlar masasına qayıtmağa, hüquqa uyğun, ədalətli sülhün bərqərar olması üçün səy göstərməyə çağırıb.