19 May 2024

Bərdə kollecində Ümummilli liderə həsr olunmuş tədbir təşkil edilib

Mayın 9 -da Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ” Heydər Əliyev və Azərbaycan təbiəti ” adlı tədbir təşkil edilib.

Media1. az-ın xəbərinə görə tədbirdə “Ekoloj İnformasiya ” İB, 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi,Genetik Ehtiyyatlar İnstitunun Qarabağ mərkəzinin nümayəndələri , müəllim və ziyalılar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Giriş nitqi ilə çıxış edən Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru , aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev Ümummilli liderin təbiətə olan sevgisindən bəhs edərək, həyata keçirilən mühüm dövlət tədbirlərinin tarixindən danışıb. Heydər Əliyevin fəaliyyətindən bəhs edən film materiallarla ekoloji siyasət haqqında məlumat verib.

Sonrakı natiqlər də Ümummilli liderin ekoloji fəaliyyəti haqqında geniş çıxışlar ediblər.

Tədbirin rəsmi hissəsindən sonra çay süfrəsi arxasında konsert proqramı təşkil edilib.