15 May 2024

Bərdədə İctimai Şura üzvləri telekomunikasiya idarəsində mövcud problemləri müzakirə ediblər

Bərdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri Bərdə Telekomunikasiya İdarəsinin rəhbərliyi ilə görüş keçirib.

ATVFM.LIVE-in xəbərinə görə, şura üzvləri telefon və internet xidmətlərində mövcud çatışmamazlıqlardan danışıb, vətəndaşların haqlı narazılıqlarını idarə rəisi Yolçu Məmmədovun nəzərinə çatdırmış, xidmətin səviyyəsinin yüksəldilməsini aidiyyatı qurumdan xahiş etmişdilər.

İctimai Şuraya daxil olan Alaçadırlı kənd sakini Zərifə Məmmədovanın şikayətinin araşdırılması, vətəndaşa göstərilən xidmətin yaxşılaşdırılması barədə müzakirə aparılmışdır.

İdarə rəisi Yolçu Məmmədov da idarənin fəaliyyətində problemlərin mövcud olduğunu etiraf etmiş, obyektiv və subyektiv səbəbləri izah etmişdir. Yolçu Məmmədov qeyd etmişdir ki, xidmətin keyfiyyəyinin yüksəldilməsində rabitəçi kadrlara ehtiyyac var. Bunun üçün Bərdə Peşə Liseyində rabitəçi kadrları hazırlayan ixtisasın açılmasını zəruridir.

Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Rzaqulu Şərifov ilkin tanışlıq görüşünü müsbət qiymətləndirmiş, bundan sonra vətəndaşların məmnunluğunu təmin etmək üçün birgə əməkdaşlığın davamlı olacağını bildirmişdir.

Görüş qarşılıqlı, xoş əhval-ruhiyyə şəraitində başa çatmışdır.

Onu da qeyd edək ki, şikayətçi abonent Zərifə Məmmədovanın internet xidməti dərhal bərpa edilmişdir.