14 May 2024

Türkiyə və Pakistan XİN başçıları Əfqanıstandakı vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı nazirlər Əfqanıstandakı vəziyyətlə bağlı müzakirə aparıblar.

M. Çavuşoğlu Əfqanıstandan qayıtmaq istəyən Türkiyə vətəndaşlarına verdiyi dəstəyə görə Pakistana təşəkkür edib.