28 Mart 2024

Məscidin minarəsi binanı iki yerə böldü – FOTOLAR

Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələyə tab gətirə bilməyən Adıyamanın Gölbaşı səmtindəki Abdullah Günaydın məscidinin minarəli aşıb. Musavat.com xəbər verir ki, minarə üzərinə düşdüyü yaşayış binasını ikiyə bölüb.

Saat 04:17-də baş verən dağıdıcı zəlzələyə tab gətirməyən məscidin minarəsi 3 mərtəbəli binanın üzərinə düşüb. Uçmuş minarə mənzilin 3-cü mərtəbəsini iki yerə bölüb. Mənzildə olan 7 yaşlı uşağın minarənin uçması nəticəsində həyatını itirdiyi bildirir.