28 Aprel 2024

Mama-ginekoloq: “Süd verən qadınların peyvənd olunması məsləhət görülmür”

Dünyaya yenicə uşaq gətirmiş qadınlarda vaksinasiyaya, bu haqda da ziddiyyətli fikirlər mövcuddur. Qadın süd verirsə, vaksinasiya olunması məsləhət görülmür.

“Report” xəbər verir ki, bunun mama-ginekoloq Natəxan Axundova deyib.

O bildirib ki, əks halda vaksinasiya oluna bilər: “Nəzərə almaq lazımdır ki, doğuşdan sonrakı dövrdə qadın bir qədər zəifləyir. Zahılıq dövrü bitdikdən sonra əgər ümumi sağlamlığı imkan verirsə, vaksinasiya olunması mümkün sayılır. Zahılıq dövrü 6-8 həftə çəkir. Amma xarici ədəbiyyatda doğuşdan sonrakı dövr 11-12 həftə hesab olunur. Çünki uşaqlıqda cift sahəsinin bərpası prosesi 11 həftə çəkir”.