14 May 2024

Bərdənin Gərənə kənd sakinləri internet xidmətindən narazıdırlar

Bərdənin böyük kəndlərindən olan Gərənədə əhali internet xidmətlərindən şikayətlənir.

Bu barədə ATVFM.LİVE kənd sakinləri bildiriblər.

Gərənə kənd sakinləri yararsız telefon xətlərindən və internetin yoxluğundan şikayətləbiblər.

Kənd sakini Duman Nəsirov bildirib ki, internet illərlə işləmir. Bərdə telekomunikasiya idarəsinin vaxtaşırı yanına getsələrdə aldıqları cavab ancaq vədlər olur. Sabah , birisi gün işləməsinə söz versələrdə problem həllini tapmır. Kənddə telefon və internetin düzəldilməsi üçün mantyor göndərilmir. Telefon dirəkləri sınıq salxaq vəziyyətdə qalır. Xidmətlərin yaxşılaşdırılması üçün heç bir iş görülmür.

Sakinlər qeyd ediblər ki, telefon xətləri 1990-cı illərdə çəkilib. Uzun illər keçməsinə baxmayaraq cari təmir işləri aparılmayıb. Bunun da nəticəsində son bir ildə internet yoxa çıxıb.

Onu da qeyd edək ki, 500 evdən ibarət olan kənd Bərdə şəhərinin 8 km-də yerləşir.