09 Dekabr 2022

Azərbaycanlı şagird ABŞ-da keçirilən beynəlxalq yarışda medal qazandı

Bakı Tərəqqi Liseyinin 10B sinif şagirdi Vəliyeva Əfsanə İlqar qızı beynəlxalq səviyyəli riyaziyyat olimpiadasında medal qazanıb.

Həmişə dərslərində yüksək nəticə göstərən, müxtəlif müsabiqə və bilik yarışlarının qalibi olan Əfsanə Vəliyeva bu dəfə Amerika Birləşmiş Ştatlarında Beynəlxalq Fermat Riyaziyyat Olimpiadası FMO-da uğurlu nəticə göstərərək bürünc medal əldə edib.