26 Aprel 2024

Bərdə Peşə Liseyində “Zəfər Bayramı” ilə əlaqədar tədbir keçirilib.

Bərdə Peşə Liseyində “Zəfər Bayramı” ilə əlaqədar olaraq “Yolumuz Zəfərdir” adlı tədbir keçirilib. Tədbirdə Bərdə Peşə liseyinin rəhbər və pedaqoji kollektivi, tələbələri, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları və digər qonaqlar iştirak ediblər.

İlk öncə lisey rəhbərliyi və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr “Şəhidlər Xiyabanı”nı ziyarət ediblər. Daha sonra tədbir liseyin akt zalında davam edib.

Tədbirdə çıxış edən Bərdə Peşə Liseyinin direktor vəzifəsini icra edən tədris işləri üzrə direktor müavini Samir Nəcəfov “Zəfər Bayramı”nın önəmindən bəhs edib və hərkəsi bayram münasibətilə hərkəsi təbrik edib.

Daha sonra çıxış edən liseyin tarix fənn müəllimi Sevda Salahova ordumuzun əldə etdiyi zəfərin önəmini vurğulayıb və zəfərə gedən yolda Ali Baş Komandan cənab prezident İlham Əliyevin müdrük siyasətindən bəhs edib.

Tədbirdə çıxış edən qazi və müharibə iştirakçıları öz döyüş xatirələrini izləyicilərlə bölüşüblər və ölkəmizin əldə etdiyi böyük zəfərin memarlarının qanı bahasına canından keçən şəhidlər olduğunu bir daha vurğulayıblar.

Tədbir lisey tələbələrinin hazırladıqları video sujet, şeir və səhnəciklərlə davam edib.