27 İyul 2024

Zelenski cəbhədəki vəziyyətdən DANIŞDI

Ukrayna prezidenti Volodimir Zelenski Xarkov ətrafındakı çətin vəziyyətə görə bütün dünyanı günahlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə o, ABC telekanalına müsahibəsində deyib.

Ukrayna lideri qeyd edib ki, cəbhədə vəziyyət ağırdır, briqadalar uzun aylardır ABŞ-dan yardım paketi ala bilmədiklərinə görə tam təchiz olunmayıblar.

Aparıcı ondan Xarkovda baş verənlərin ABŞ-ın günahı olub-olmadığını soruşduqda, Zelenski “bu, dünyanın günahıdır” cavabını verib.