25 İyun 2024

Ukrayna bir gecədə Rusiyanın bu vilayətlərini vurdu- VİDEO

Mayın 16-da Ukrayna tərəfindən Rusiyanın Krasnodar, Kursk, Belqorod vilayətlərinə kamikadze dronlarla hücumlar olub.

Musavat.com xəbər verir ki, məlumat teleqram kanallarında yayılıb. 

Rusiya Hava Hücumundan müdafiə sistemləri bəzi dronları zərərsizləşdirə bilsələr də, çoxu hədəfə çatıb.

Krasnodar vilayətinin Tuapse şəhərindəki neft bazasındakı yanğının davam etdiyi bildirilir. 

Onu da qeyd edək ki, Rusiya da Xarkovda komando mərkəzini “İsgəndər”lə vurub. Nəticədə 50-dən çox hərbçi həlak olub.