27 İyul 2024

Slovakiya baş nazirinin hazırda vəziyyəti kritik, lakin stabildir

İngiltərənin məşhur DayliMail nəşri yazır ki, 59 yaşlı baş nazir Fiko paytaxt Bratislavanın şimal-şərqində hökumət idarələri qarşısında tərəfdarlarını salamlayarkən bir sui qəsdçi (müsəlman olsaydı terrorist deyərdilər- Media1) tərəfindən yaxın məsafədən açılan atəşlə ağır yaralandı. Baş nazir dünən gecə saatlarında təcili cərrahiyyə əməliyyatına çatdırılması üçün sanaviasiya ilə xəstəxanaya çatdırılıb və hazırda vəziyyətinin kritik, lakin stabil olduğu bildirilir. Ölkənin yeni seçilmiş prezidenti Pelleqrini jurnalistlərlə görüşdə deyib ki, əgər atılan güllələr cəmi bir neçə millimetr də dərinə işləsəydi, biz indi onu mərhum baş nazir kimi xatırlayacaqdıq. Bu arada, daxili işlər naziri Matus Sutaj atıcını “açıq siyasi motivli” “tənha canavar” kimi xarakterizə edərək, Fico-nun müttəfiqi Pelleqrininin keçən ay keçirilən prezident seçkilərində qalib gəlməsindən sonra qisasa əl atdığını əlavə edib.

Slovakiya mətbuatının məlumatına görə, 71 yaşlı yazıçı Juraj Cintula adlı şübhəli həbs edilib və qətlə cəhddə ittiham olunub.