19 May 2024

Müxtəlif təzyiqlərə və təhdidlərə rəğmən Azərbaycan haqq savaşında zəfər çaldı

44 günlük Vətən müharibəsində müxtəlif təzyiq və təhdidlərə baxmayaraq Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Rusiya Federasiyasının, Azərbaycan Respublikasının Prezidendlərinin və Ermənistanın Baş Nazirinin 9 noyabr 2020-ci il tarixdə imzalanmış “Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan,Ermənistan və Rusiya liderlərinin birgə  bəyanatında imzaladıqları bəyanatda təcbit olunan maddələrin icrası istiqamətində əməli tədbirlər görülməyə başlanılmışdır. Eyni dövlətlərin rəhbərlərinin  11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında atəşkəs haqqında 9 noyabr 2020-ci il tarixli Bəyanatda elan olunmuş müddəaların ardıcıl qaydada yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqları təsdiq olunmuş, bəyanatlardan irəli gələn və həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılkığa gəldikləri təsdiq olunmuşdur. Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üçün addımlar atılmasının, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, reqionun iqtisadi potensialının üzə çıxarılması məqsədi ilə konkret layihələrinin tezliklə həyata keçirilməsinin zəruriliyi xüsusi vurğulanmışdır.Əslində bu sənədlərlə Ermənistanın kaputulyasiyasının şərtlərinin yerinə yetirilməsinin, dövlətimizlə bağlanacaq sülh sazişinin hazırlanmasının labüdlüyü və təhlükəsizliyin əsas şərti kimi tərəflərin dövlət rəhbərlərinin imzası ilə təsbit olunmuşdur.

Həmin bəyanatlarda göstərilənlərin icrası nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur. Azərbaycan və Ermənistan dövlətləri tərəfindən işçi komissiyaları yaradılmış və fəaliyyətə başlamışdır,  dövlətlər  arasında sülh sazişinin bağlanılması üçün prinsiplər razılaşdırılmışdır.Avropa Şurası da bu tədbirlərin icrasını alqışlamışdır.

 Lakin Ermənistan tərəfi yenə də havadarlarının, erməni xalqının başına bəlalar gətirən qüvvələrin təhriki ilə dövlət sərhədimizdə təxribatlar törədir, sülhə yaxınlaşmaq üçün tərəflərin və beynəlxalq təşkilatların gərgin fəaliyyətinin nəticələrinə təsir etmək istəyirlər.

Əslində, tarixə nəzər yetirərkən aydın olur ki,  müxtəlif dövlətlər və irticaçı qüvvələr öz məqsədlərinə çatmaq üçün ermənilərdən köməkçi material, alət kimi istifadə etmişlər. İstər Osmanlı qarçı mübarizədə,   istərsə də Rusiya imperiyası dövründə onlar həmişə alət olmuşlar. Hətta onların məqsədlərini də başqaları müəyyən etmişlər. Ermənilərin Qafqaza, Azərbaycanın tarixi torpaqlarında  məskunlaşması da təzyiq və tədidlərin nətcəsidir.

Birləşmiş Millətlər Təşkilatının Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd şərtsiz çıxarılması tələbini özündə ehtiva edən 4 qətnaməsinin 30 ilə yaxın müddətdə icra edilməməsi də məkrli qüvvələrin təzyiq və təhdidlərinin nəticəsidir. Avropa Şurasının da eyni məzmunlu qərarları icra edilməmiş qalmışdır.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəıffər Ali Baş Komandan cənab İlham Əliyev silahlı qüvvələrə rəhbərliklə yanaşı, dünya erməniliyinin əlində alətə çevrilmiş, özünü aparıcı mediya hesab edən informasiya agentliklərinə (onların çoxu aparıcı dövlətlərə aiddir) 30-dan çox müsahibə verməklə, onların məkrli suallarına əsl həqiqəti ifadə edən, arqumentlərə söykənən gerçəklikləri dünya ictimaiyyətinə çatdırdı. Əslində, bu müsabibələrin səmərəliliyi döyüş meydanındakı qələbədən az deyildir.

Prezident İlham Əliyev 6 noyabr 2020-ci ildə BBC NEWS-ə müsahibəsində Azərbaycanın həmişə sülhə sadiq olmasını, torpaqlarımızın işğaldan azad edilməsinin haqq işi olduğunu dünyaya çar çəkdi. Həmin müsahibədə Prezident demişdir ki, Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin bu vaxtadək 40 gün keçib, onun bunu deməsinə dair heç bir əlamət yoxdur. Prezident söyləmişdir ki, biz Qərb mediasını yaxından müşahidə edirik, onların hamısı çox aqrtessiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir.Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur.Nəyə görə 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminiəhücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər.Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o hadisələrin “şahidi” olub.

Qədim el misalı var: yalan ayaq tutar, yeriməz. Lakin təzyiq və təhdidlərlə erməni yalanlarını sürüyərək “yeritmək” istəyirlər.Bundan ən çoxu ermənilər əziyyət çəkirlər.Təəssüf ki, onları başa düşməyə qoymurlar.

Ona görə də Azərbaycan həmişə güclü olmalıdır. Biz hamımız bu məqsəd üçün çalışmalıyıq. Təzyiq və təhdidin qarşısı yalnız güclə alınır.

Fəridə Musayeva

YAP Ağstafa rayon təşkilatının fəalı