30 Aprel 2024

Yevlax şəhərində uğur qazanan gənclərlə görüş keçirilib

Regional idarənin rəhbərliyi Yevlax şəhərində müxtəlif sahələr üzrə uğur qazanan gənclərlə qeyri rəsmi formatda görüş keçirib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Yevlax şəhərindən olan gənclərlə qeyri rəsmi formatda görüş keçirib. Görüşdə regional idarənin aparat üzvləri, təhsil, mədəniyyət, idman sahələri üzrə fəaliyyət göstərən gənclər, o cümlədən ölkə və dünya çempionları, beynəlxalq tədbirlərin iştirakçıları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax şəhər nümayəndəliyinin əməkdaşları və könüllüləri iştirak edib.

Görüşün keçirilməsində əsas məqsəd müxtəlif sahələr üzrə uğur qazanan qabaqcıl gənclərlin fəaliyyətlərinin dəstəklənməsi, tanıdılması, onların mədəniyyət müəssisələrinə daha da yaxından cəlb olunması, yaradıcılıq imkanlarının inkişafı, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsidir.

Regional idarənin rəisi , fəlsəfə doktoru Vəsilə Möhsümova görüşün keçirilmə məqsədlərini açıqlayaraq bu kimi görüşlərin əhəmiyyətindən bəhs edib.

Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yönəldiyindən bəhs edən idarə rəisi elm, təhsil, mədəniyyət və idman sahəsində gənclərin qazandıqları uğurlardan söz açıb.

Maraqlı müzakirələrlə davam edən qeyri rəsmi formatda təşkil olunan görüşdə gənclər qazandıqları uğurlardan, qarşıya qoyduqları hədəflərdən danışıblar.

Sonda gənc musiqiçilərin ifaları dinlənilib və xatirə şəkilləri çəkdirilib.