15 İyun 2024

Prezident İlham Əliyev Rəisi ilə bağlı paylaşım etdi: “Dualarımız onunla və heyəti ilədir”

Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “X”dəki hesabında paylaşım edib.

“Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”, – Azərbaycan Prezidenti qeyd edib.

photo_2024-05-19_19-51-30.jpg (137 KB)