26 Aprel 2024

Cıdır düzündə “Bayatı-şiraz” oxundu – 30 ildən sonra ilk dəfə /Video

30 ildən sonra ilk dəfə Şuşada, Cıdır düzündə konsert proqramı keçirilib.

Teleqraf.com xəbər verir ki, konsert proqramı Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət mərkəzi tərəfindən təşkil edilib.

Konsert zamanı bir sıra mahnılar ifa olunub, o cümlədən “Bayatı-şiraz” dəstgahı səslənib.

Qeyd edək ki, DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq-mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.


Müəllif: Teleqraf.com