19 May 2024

Bərdədə Aprel döyüşləri şəhidi Musayev Səbuhi Rəfayil oğlunun 8-ci ildönümü mərasimi keçirilmişdir.

Şəhid Musayev Səbuhi Rəfayil oğlunun ildönümü münasibətilə Bərdə rayonunun Mustafaağalı kənd qəbiristanlığında məzarı ziyarət edilib, xatirəsi anılmışdır. Mərasimdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri, məktəblilər və rayon sakinləri iştirak etmişlər.
Qeyd edək ki, şəhid Səbuhi Musayev 16 iyun 1987-ci ildə Bərdə rayon Mustafaağalı kəndində anadan olub. 2 aprel 2016-cı ildə isə Azərbaycanın tarix salnaməsinə “Aprel döyüşləri” kimi yazılan o gündə Silahlı Qüvvələrin kiçik çavuşu olaraq şəhidlik zirvəsinə ucalmışdır. Səbuhi Musayev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Şəhid Səbuhi Musayev rayonun Mustafaağalı kənd qəbiristanlığında dəfn olunub.