25 Aprel 2024

Ermənilər Yusifi göyə tullayıb nizəyə taxdılar… – Foto

Nargilə nənəmin yaşadığı Şərur-Dərələyəz qəzasının Amağu kəndi soyqırım cinayətinin ən ağır formada həyata keçirildiyi yaşayış məntəqələrindən biridir.

Anam Zeynəb Vəkilova: “Elə bir gün olmazdı ki, anam Nargilə gözləri önündə nizəyə taxılan qardaşları Yusif və Abuzər dayılarımı yada salıb ağlamasın, anamın gözlərinin güldüyünü heç vaxt görmədim, anamın göz yaşları kədər çeşməsi idi, ömrü boyu bir gözü ilə qardaşı Yusifə, o biri gözü ilə qardaşı Abuzərə yas tutdu. Ermənilərdən bu qisas alınmayınca bizim də gözlərimiz gülməməlidir!”

Silahsız kənd cammatını tələyə salıb tutan ermənilər mülki əhalini bir yerə yığıb günlərlə ac-susuz saxlayırlarmış. Anası Fatimənin döşlərindən süd əmən 3 yaşlı Abuzəri erməni zorla anasının əlindən alıb əvvəlcə nizəyə taxmış, sonra isə anasının və körpə Nargilənin gözləri önündə divara çırpmışdı. 3 yaşlı körpə Abuzərin qanı anası Fatimənin və hələ ətrafda olub-bitənləri tam təfərrüatı ilə anlamaqda çətinlik çəkən körpə Nargilənin üzünə sıçramışdı.

Qardaşı Yusifin faciəsi də Nargiləyə və anası Fatiməyə eyni həyəcanları yaşadıb.

Onların artıq susuzluqdan ürəkləri parçalanırdı. Nargilənin anası “Fatimə, qardaşın Yusifi əlində tut, xəlvətcə bulaqdan su içib gəlin” söyləyir. Nargilə qorxa-qorxa qardaşının əlindən tutub həyəcanla o tərəf-bu tərəfə baxaraq, yaxınlıqda heç kimin görmədiyini fikirləşib, Yusiflə birlikdə bulağa tərəf hərəkət edir. Bulağa çatmağa az qalmış ermənilər uzaqdan Nargilə ilə Yusifin bulağa tərəf gəldiklərini görürlər. Atı bulağın başına sürən ermənilər Nargilə və Yusifin bulaqdan su içməyinə imkan vermirlər. Nargilə qorxusundan əsirlərin saxlandığı yerə tərəf qaçmağa başlayanda ermənilər Yusifi göyə tullayıb nizəyə taxırlar. Nargilə qaça-qaça anası Fatiməgilin əsir saxlandığı yerə yaxınlaşır. Ermənilər Yusifi nizəyə taxdıqdan sonra atı Nargilənin dalınca sürür. Nargilə anası Fatiməyə tərəf getsə, ələ keçəcəyini hiss edib yerdə olan meyitlərin arasına uzanır. Ermənilər gəlib meyitlərə çatır və kiminsə sağ qala biləcəyini, yaxud bulaqdan qaçan uşağın meyitlərin arasında olacağı ehtimalını yoxlamaq üçün yerdəki meyitləri bir-bir nizələməyə başlayırlar. Növbə Nargiləyə çatır, nizə ilə Nargiləni də vururlar. Nargilə qorxusundan heç bir reaksiya vermir və ermənilər onu da ölmüş bilir…

Beləliklə, erməni nizəsinin izlərini bir ömür bədənində, qardaşları Yusif və Abuzərin ölümünü isə gözlərində daşıyan Nargilə nənəm sağ qalır.

Bu həyəcanları yaşayan və yaşadan şəxslərin yanında erməni-türk dostluğundan danışanda adam xəcalət çəkir. Bizim yalnız bir yolumuz var: Müharibə!

Torpaqlarımızı hərbi yolla azad etmək!

30.03.2019