27 İyul 2024

Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib

10 aprel 2024-cü il tarixdə Ağstafa rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təşəbbüsü ilə ağacəkmə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində YAP Ağstafa rayon təşkilatının “Düzqışlaq kənd”, “Göycəli kənd” və “Aşağı Kəsəmən kənd” Ərazi Partiya Təşkilatları tərəfindən müxtəlif növ ağaclar əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyət və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.