19 May 2024

Beyləqanda ağır yol qəzası, 20 nəfər yaralanıb

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Media1.az Bizim.media-ya istinadən xəbər verir ki, Zəngilandan Zaqatala istiqamətinə sərnişin daşıyan “ISUZU” markalı avtobusun aşması nəticəsində 17 nəfər yaralanıb. Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Sərnişinlərin Qarabağda aparılan tikinti işlərində çalışan fəhlələr olduğu deyilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

TƏBİB-dən Musavat.com-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb: “08.04.2024-cü il tarixində saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır. Onlardan 18-sində bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb. 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.