27 İyul 2024

Türkiyədə seçkilər BAŞLADI: Ərdoğan burada səs verəcək

Türkiyə bu gün – martın 31-i bələdiyyə seçkilərinə getməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, artıq siyasi liderlərin və namizədlərin harada səs verəcəyi bəlli olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər seçkidə olduğu kimi bu dəfə də İstanbul Saffet Çebi ibtidai məktəbində səs verəcək.

MHP sədri Dövlət Baxçalı Ankara Anıttepe orta məktəbində, İYİ Partiyasının sədri Meral Akşener isə Ankara Bilkənddəki Emlak Bankası orta məktəbində səsverməyə gedəcək.

CHP sədri Özgür Özel səsini Manisanın mərkəzi Yunusemre rayonundakı 23 Nisan Milli Egemenlik İbtidai məktəbində verəcək.

İstanbul Böyükşəhər Bələdiyyə Başçı Namizədi Əkrəm İmamoğlu: Emin Yükseloğlu Beylikdüzündə Qız Anadolu İmam Hatip Liseyi

Xalq Alyansının İstanbul namizədi Murat Kurum: Kağıthane İMECE məktəbi

Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş: Ümitköy İmam Hatip Liseyi

Xalq Birliyi Ankara Böyükşəhər Bələdiyyə Başçı Namizədi Turqut Altınok: Kocatepe İbtidai məktəbi

Xalq Birliyi İzmir Böyükşəhər Bələdiyyə Başçı Namizədi Həmzə Dağ: Bayraklı mahalı Gümüşpala Mahalı Şehit Nazımbey İbtidai məktəbi

CHP İzmir Böyükşəhər Bələdiyyə Başçı Namizədi Cəmil Tuqay: Şəhid Polis Samed Kırcalı Orta məktəbi

Qeyd edək ki, bu seçki yarışmasında 81 el (şəhər), 973 elçə (rayon) və 390 bəldənin (qəsəbə) bələdiyyə sədri və 50 min 336 məhəllə muxtarı, eyni zamanda Elçə Bələdiyyə Məclisi və El Baş Məclisinin üzvləri müəyyənləşəcək.