27 İyul 2024

Dövrün tələblərinə uyğun olaraq həyata keçirilən uğurlu islahatlar

Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasəti, dövrün tələblərinə uyğun olaraq həyata keçirdiyi islahatlar davamlı uğurlarını şərtləndirir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması bu uğurların təmin edilməsində əsas amillərdən biridir. Belə ki, Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın inkişaf etdirilməsində neft amilinə xüsusi önəm verməklə bugünkü reallıqların əsasını qoydu. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə böyük məbləğdə vəsaitlər daxil olur ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafına xidmət edən addımların atılmasına, layihələrin icrasına yol açır. Ulu Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Bu layihələr ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradır. 2003-cü ildən neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişaf prioritet məsələlər sırasındadır.

Cənab İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyaraq bu istiqamətdə mühüm addımlar atır. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi bu hədəfin reallığa çevrilməsində əsas amildir. Bu baxımdan Regional inkişaf Proqramlarının təsdiqlənməsinə və uğurlu icrasına böyük zərurət yarandı. Dövlət başçısı İlham Əliyevin bölgələrə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına stimul olmaqla yanaşı, görülən işlərlə yaxından tanış olmaq baxımından mühüm əhəmiyyət daşıyır. Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir, yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir. Bütün hədəflər ilk olaraq əhalinin rifah halının yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılmasına yönəlir. Bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.

Dövlət başçısı İlham Əliyevin aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirakına və çıxışında yer alan qarşıdakı dövrün hədəflərinə yönəldib. Aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırıldı. Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına imkan verəcək. 

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq genişmiqyaslı proqram işlənib hazırlanıb. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək. Dövlət başçısı İlham Əliyev sözügedən təməlqoyma mərasimindəki çıxışında bu məqamı xüsusi vurğuladı ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir. Bu layihənin icrası da tam təmin ediləcək. Üç ildən sonra, 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı