13 May 2024

Aqronom alim Məhəmməd Şirinov Bərdə kollecinin tələbələrinə təcrübə keçib

“Genetik Ehtiyyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazası”-ın direktoru Məhəmməd Şirinov Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinə ağac tingləri hədiyyə edib.

Media1.az-ın xəbərinə görə “Genetik Ehtiyyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazası” ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya kolleci arasında əməkdaşlıq münasibətləri mövcuddur. Qarşılıqlı əməkdaşlığın əsas məqsədi kollec tələbələrinin kadr hazırlığında praktik təlimləri yüksək səviyyədə təşkil etməkdən ibarətdir.

Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayevin bildirdiyinə görə, “Genetik Ehtiyyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazası” ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir. Kollec tələbələri adı çəkilən “Genetik Ehtiyyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasında nəzəri biliklərini təkmilləşdirməklə aqronomluq elminin praktik sirlərinə dərindən yiyələnirlər.

Xosrov Musayev qeyd edib ki, “Genetik Ehtiyyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazası”-ın direktoru Məhəmməd Şirinov Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinə ağac tingləri hədiyyə edib. Kollec direktoru Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinə gostərilən maddi və mənəvi dəstəyi yüksək dəyərləndirib.

Onu da qeyd edək ki,alim aqronom Məhəmməd Şirinov kollecin qrup 203″ Aqronomluq” ixtisasının tələbələrinə ağac tinglərinin necə əkilməsi qaydasını əyani şəkildə göstərib.