25 Aprel 2024

7 şəhidin 32 il sonrakı dəfni: Xocalı torpağına dua ilə tapşırılanlar – narahat ruhların sevindiyi gün – VİDEO

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 şəhidin cənazəsi Xocalıda yeni salınan Şəhidlər xiyabanında dəfn olunub. 

Musavat.com xəbər verir ki, mərasimdə şəhidlərin yaxınları, jurnalistlər, Qarabağ qaziləri, Şəhid anaları və yaxınları iştirak ediblər.

Xocalıda dəfn olunan şəhidlər bunlardır: 

1. Əliyev Ağaəli Naib oğlu – 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935
5. Cavadov Əli Müsül oğlu – 15.06.1954-cü il

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

7. Nəcəfov Şiraslan Qəmiş oğlu – 1952

Əməkdaşlarımız Xalidə Gəray və Elçin Əkbər bu tarixi və önəmli mərasimdən video-reportaj hazırlayıblar. 

Həmin video-reportajı təqdim edirik: