25 Aprel 2024

Lavrov ilə Ayvazyan arasında Qarabağ müzakirəsi

Rusiya Xarici İşlər nazirləri Sergey Lavrov ermənistanlı həmkarı Ara Ayvazyanla telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici İşlər nazirliklərinin rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın 9 noyabrda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin elan edilməsi ilə bağlı bəyanatı icrasına dair məsələləri müzakirə etdiblər”, – məlumatda deyilir.