27 İyul 2024

SAKİNLƏR TƏNGƏ GƏLİB: İŞIQLAR BU KƏNDDƏ TEZ-TEZ SÖNÜR — RƏSMİ QURUMDAN AÇIQLAMA VAR+VİDEO

Bərdənin Qaradəmirçi kəndində bayram axşamı sakinlər işıqsız qalıb.
Bərdə Rayonunun Mehdili İnzibati Ərazi dairəsinin Qaradəmirçi kəndinin sakinləri bayram axşamı qaranlıqda qalıblar. Arantv-yə şikayətlənən sakinlər bildiriblər ki, yağış, külək olan kimi kəndin işıqları sönür. Buna da səbəb kənddəki transfarmator və işıq xətlərinin tam yararsız vəziyyətə düşməsidir. Kənddə işıqların sönməsi isə kədlilərin həyatını əsl cəhənnəmə çevirir. Kəndin içməli suyu elektrik artezianları ilə götürüldüyündən ikinci problem də yaranır ki, bu da suyun qəhətə çəkilməsidir. İşıqların kəsilməsi ilə yaranan digər problem də kombidən istifadə olunan evlərin qızdırılmasını müşkülə çevirməsidir.
Kənd sakinləri bildirirlər ki, üzləşdikləri problemlə bağlı dəfələrlə elektrik şəbəkəyə müraciətlə ediblər. Ancaq problemlərinin həllinə çarə tapılmır ki,tapılmır.