21 May 2024

Ağdərənin Çərəktar kəndində erməni vandalizmi: Qəbr daşlarının hamısı məhv edilib.

Ağdərə rayonunun Çərəkdar kəndində qəbristanlıq darmadağın edilib. Erməni işğalından azad edilən kənd qəbristanlığında olan yerli sakinlər ağrılı erməni vandalizminin yaratdığı dəhşətli mənzərənin şahidi olublar.

Kənd sakini Asif Məmmədovun bildirdiyinə görə, kənd qəbristanlığı darmadağın edilib. Qara mərmər daşlar ərazidən daşınıb. Adi daşlardan olan qəbrlər də dağıdılıb.Elə qəbrlərdə var ki, qızıl axtaran goreşənlərin hədəfinə tuş gəldiyindən tamamilə məhv edilib. İndi nişanələri bilinən qəbrlərin üzərində şəkilli lövhələr quraşdırılıb. Kənd sakinləri Şaban Qurbanov və Cəmil Məmmədovun birgə fəaliyyəti sayəsində şəhid qəbrləri üzərində şəkilli lövhələr quraşdırılıb. Şəhidlər Yunis Məmmədov, Rasim Məmmədov, Nadir Qasımov, Əkbər Alıyev, Hüsü Əliyevin məzarları üzərində şəkilli lövhələr quraşdırılıb.

Asif Məmmədovun məlumatına görə kəndin şəhid ailələrindən nümayəndələrin Çərəkdar kəndinə ziyarət planlaşdırılıb. Yaxın günlərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ziyarət gerçəkləşməlidir.