04 Oktyabr 2024

Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin…

Yaxın aylarda Rusiyanın böyük hücumu başlayacaq. Söhbət mayın sonundan və ya iyundan gedir.

Musavat.com unian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə Amerikanın CBS News televiziya və radio şirkətinə müsahibəsində bildirib.

“Biz buna hazırlaşmalıyıq, nəinki vəziyyəti sabitləşdirməliyik, çünki tərəfdaşlar bəzən vəziyyəti sabitləşdirdiyimizə görə həqiqətən sevinirlər. Deyirəm ki, indi köməyə ehtiyacımız var”, – Zelenski bildirib.

Onun sözlərinə görə, Müdafiə Qüvvələri rusları saxlaya bilsələr də, tərəfdaşların köməyi olmadan Rusiyanın daha bir böyük hücumundan müdafiə etməyə hazır deyillər.

Prezident əlavə edib ki, artilleriya döyüşündə Rusiya təkcə daha çox atəş silahına görə deyil, həm də onların daha çox məhvetmə diapazonuna görə üstünlüyə malikdir: “Baxmutda, Avdeevkada, Lisiçanskda, Soledarda və s.-də artilleriya mərmisi 20 kilometrdən, bizim mərmimiz isə 20 kilometrə qədər atəş aça bilən düşmənlə döyüşmək çox çətin idi”.

O, Rusiya yaxınlığında yerləşən sərhədyanı yaşayış məntəqələrinin atəşə tutulmasına da münasibət bildirib: “Adətən artilleriya ilə hücum edib kəndləri dağıdanda, bundan sonra həmişə onları işğal etməyə çalışırlar. Sabah nə olacağını bilmirik. Ona görə də hazırlaşmaq lazımdır”.