13 May 2024

Ağstafa rayonunda ağacəkmə aksiyası davam etdirilir

18 aprel 2024-cü il tarixdə Ağstafa rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin və Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğunun təşəbbüsü ilə ağacəkmə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində Keşikçidağ mağaralar kompleksinin ərazisində 75 nəfərin iştirakı ilə 200 ədəd müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyət və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Daha  sonra Keşikçidağ kurqanlar vadisindən arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrindən ibarət sərgiyə baxılıb.