13 May 2024

Bərdə Tələbə Hazırlıq Kursunun ilk buraxılış imtahan nəticələri uğurlu olub

Bərdə Tələbə Hazırlıq Kursunun ilk buraxılış imtahanlarının nəticələri barədə Media1.az-a daxil olan məlumata görə , tədris müəssisəsinin cari ili uğurlu olub. Kursun yetirmələri yüksək nəticələr göstərməklə rayon təhsilində fərqləniblər.

Bərdə Tələbə Hazırlıq Kursunun peşəkar və bacarıqlı müəllimlərinin gərgin zəhməti sayəsində burada tədris prosesində iştirak edən şagirdlər yüksək nəticələr əldə edib. Belə ki, Məmmədzadə Zülfiyyə 285,2, Məmmədzadə Zeynəb 285,3, Çıraqov Ülvi 276 bal yığaraq təhsildə fərqlənənlərdən olublar.