13 May 2024

Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib

Ağstafa rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının  və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub.

Ağstafa rayonunun Zəlimxan kəndi ərazisində keçirilən aksiya zamanı 65 nəfərin iştirakı ilə 250-dən çox müxtəlif növ ağac əkilib. Yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.