27 İyul 2024

Bərdə xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib

15.04.2024-cü il tarixdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 39-cu il dönümü ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının akt zalında anım tədbiri keçirilib.

Tədbir iştirakçıları tərəfindən akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər görkəmli alimin oftalmologiya elminə verdiyi tövhələrdən bəhs ediblər.

Sonda Zərifə xanımın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş edilib.